Xəzər Xəbər

Mourinyo məşhur futbolçunun oğluna göz dikdi

İdman | 16:25 • 5 Fevral 2018
Mourinyo məşhur futbolçunun oğluna göz dikdi

"Mançester Yunayted" "Ayaks"ınvingeri Castin Klayverti transfer etmək istəyir.

Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb. 18 yaşlı futbolçunun transferi üçün "qırmızı şeytanlar" qarşı tərəfə 10 milyon funt-sterliq ödəməyə hazırdır. Növbəti mövsüm üçün iddialı heyət qurmağı hədəfləyə Mourinyo Klayverti sərəncamında görməyi arzu edir.

Qeyd edək ki, Castin məşhur futbolçu Patrik Klayvertin oğludur. Solaxay futbolçu ötən il Avropa Liqasının finalında "Mançester Yunayted"lə matçdan sonra Joze Mourinyo ilə söhbət etmişdi. Hollandiyalı gənc oyunçu həmin söhbət haqda bunları demişdi: "Mourinyo məni çox kiçik yaşlarımdan tanıyır. Mənim atam"Barselona”da çıxış edən zaman Mourinyobaş məşqçinin köməkçilərindən biri idi”.

Əlavə edək ki, Castin Klayvert "Ayaks" yetirməsidir.

Xəbər lenti