Xəzər Xəbər

Konte "Çelsi"dən göndərilir?

İdman | 16:14 • 5 Fevral 2018
Konte "Çelsi"dən göndərilir?

"Çelsi" baş məşqçisi Antonio Konte ilə mövsümün sonunda yolları ayıra bilər.

Bu barədə "The Express" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, bu mövsüm istənilən çıxışı sərgiləməyən komanda baş məşqçi Konteni mövsümün sonunda yola salmaq istəyir. Əgər "Çelsi" uğursuz çıxışlara davam etsə, Kontenin istefası daha tez reallaşa bilər.

Qeyd edək ki, Kontenin adı İtaliya millisi ilə hallanır.

Əlavə edək ki, 48 yaşlı mütəxəssis 2016-cı ildən "Çelsi"ni çalışdırır. İtaliyalı baş məşqçi London klubunda ilk mövsümündə Premyer Liqanı qazanıb.

Xəbər lenti