Xəzər Xəbər

"Qvardiolanın bununla nə demək istədiyini bilmirəm"

İdman | 14:35 • 5 Fevral 2018
"Qvardiolanın bununla nə demək istədiyini bilmirəm"

İngiltərə Premyer Liqasının 26-cı turunda "Burnley" klubunun qonağı olan "Mançester Siti" 1:1 hesablı bərabərliyə razılaşıb.

Matç zamanı qonaqların baş məşqçisi Xosep Qvardiolanın iştirak ərzəsinə 1 futbolçu az saldığı diqqəti cəlb edib. 

"Sky Sports"da ekspert kimi çalışan Qari Nevill bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

"Bu, dəqiq zarafatdır. "Siti" əvəzedicilərinin məşqçisinə zəng edib əsas komandaya hansı oyunçuların layiq olduğunu soruşun. Ordan gənc bir oğlanə gətirib ehtiyat skamyada əyləşdirmək olardı ki, Premyer Liqa həyəcanı yaşasın. Həmin futbolçunun gələcək karyerasına da təkan olardı. Əgər klub akademiyasından 1 perspektivli oyunçu seçmək mümkün deyilsə, deməli, milyonlar boş yerə xərclənib. Ehtiyat skamyada 6 oyunçunun otuzdurulması etiraza bənzəyir. Qvardiolanın bununla nə demək istədiyini bilmirəm. O, inanılmaz məşqçidir və gözəl işlər görüb" - Nevill deyib.

Xəbər lenti