Xəzər Xəbər

Boks olimpiya oyunlarından çıxarıla bilər

İdman | 14:17 • 4 Fevral 2018
Boks olimpiya oyunlarından çıxarıla bilər

Beynəlxalq Olimpiya Komitəsi (BOK) boksun 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi məsələsinə yenidən baxmaq hüququnu özünə saxlayır.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün BOK prezidenti Tomas Bax bəyan edib.

T. Bax boksun 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək gənclər arasında Olimpiya Oyunları proqramına daxil edilməsi məsələsinə də yenidən baxılacağını söyləyib. MOK prezidenti Beynəlxalq Boks Assosiasiyasının (AİBA) rəhbərliyinə qarşı təhqiqata başladıqlarını da bildirib. Bu qərar MOK İcraiyyə Komitəsinin Cənubi Koreyada keçirilən toplantısında qəbul edilib. MOK İcraiyyə Komitəsi AİBA ilə bütün işgüzar əlaqələrini də dayandırıb.

Xəbər lenti