Xəzər Xəbər

Ulduz futbolçu deyib aldılar, saxtakar çıxdı Şok olay

İdman | 15:03 • 3 Fevral 2018
Ulduz futbolçu deyib aldılar, saxtakar çıxdı

Texnologiya, saxta hesablar bir çox insanın başına oyun gətirib. Profilini araşdırıb saxta insanlarla tanış olanlar sonradan həqiqətləri öyrənəndə şoka düşürlər. Belə vəziyyətlərlə az qala hər gün rastlaşsaq da, bu durum ilk dəfə bir klubun başına gəlib.


Litvanın 1-ci liqasında çıxış edən "Panevejis" klubu Barkley Migel Panzo adlı futbolçunu transfer siyahısına salıb. Onunla bağlı ətraflı araşdırma aparmaq istəyən klubun transfer komitəsi böyük səhv edərək internetə müraciət edib.


Panzonun "Instagram" hesabına və"Wikipedia" profilinə baxan klub rəsmiləri transferi bitirmək üçün hərəkətə keçiblər. Çünki yazılanlar onun klub üçün ulduz futbolçu olacağını deməyə əsas verib. Panzonu razı salan "Panevejis" rəhbərliyi ulduz saydıqları futbolçu üçün təmtəraqlı təqdimat mərasimi də keçiriblər. Amma sonradan məlum olub ki, onun "Instagram" hesabında və"Wikipedia" profilində yazılanlardan yalnız futbolçu olması doğrudu, qalanları isə yalan...


İnternetdə Panzo haqqında yazılan məlumatlar arasında onun Anqola milli komandasının üzvü olduğu, 2010-2012-ci illərdə İngiltərənin "Queens Park Rangers" klubunda oynadığı və 36 matçda 45 qol vurduğu qeyd edilib. Amma bütün bunların yalan olduğu tezliklə üzə çıxıb.


Məlum olub ki, o, nə Anqola millisində forma geyinib, nə də "Queens Park Reyncers"də çıxış edib. İngiltərənin həvəskar səviyyəli "Vokinq", Fransanın "Sarlat" və "Moulins" klublarında oynadıqdan sonra İsveçə üz tutub. O, bu ölkədə aşağı liqa təmsilçiləri "Sirianska" və "Oskarşamn" klublarında oynayıb. Üstəlik "Sirianska"da ümumiyyətlə heyətə düşməyib, "Oskarşamn"da isə 5 oyuna çıxaraq 133 dəqiqə oynayıb.


Fanat.Az

Xəbər lenti