Xəzər Xəbər

Neymardan "Barselona"ya qarşı şok addım

İdman | 17:32 • 1 Fevral 2018
Neymardan "Barselona"ya qarşı şok addım

Neymar "Barselona"nı məhkəməyə verib. Braziliyalı futbolçu keçmiş klubundan 30 milyon avro tələb edir.


Belə ki, futbolçu PSJ-yə transfer olunmazdan əvvəl "Barselona" ilə imzaladığı müqaviləyə görə klubdan 26 milyon avro və illik 10 faiz tələb edir. Bu isə ümumilikdə 30 milyon avro deməkdi.


"Barselona"nın da keçmiş futbolçusuna qarşı məhkəmə iddiası qaldıracağı deyilir. Kataloniya klubu sözügedən müqavilənin ilk bəndində yer alan bonuslarla birlikdə PSJ-yə transferinin yaratdığı maddi zərəri faizi ilə birlikdə tələb edəcək.


Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya transfer olunub.


Fanat.Az

Xəbər lenti