Xəzər Xəbər

"Çelsi" "Roma"nın futbolçusunu transfer etdi

İdman | 17:23 • 31 Yanvar 2018
"Çelsi" "Roma"nın futbolçusunu transfer etdi

İngiltərənin "Çelsi" klubu müdafiə xəttini gücləndirib.

London təmsilçisi "Roma"nın sol cinah müdafiəçisi Emerson Palmierini rənglərinə bağlayıb. Brazilyalı futbolçu ilə 4,5 illik müqavilə bağlanılıb. "Zadəganlar" 23 yaşlı futbolçunun keçidi üçün 20milyon avrosundankeçib. Müqavilənin detallarında 8 milyon avroluq bonus da yer alıb.

Qeyd edək ki, Emerson 2015-ci ildə "Santos"dan 2 milyon avro qarşılığında transfer edilmişdi.

Xəbər lenti