Xəzər Xəbər

2017-ci ildə futbolçu transferlərinə NƏ QƏDƏR PUL XƏRCLƏNDİ? FANTASTİK RƏQƏM

İdman | 16:22 • 31 Yanvar 2018
2017-ci ildə futbolçu transferlərinə NƏ QƏDƏR PUL XƏRCLƏNDİ?

FIFA 2017-ci ildə futbol klublarının ümumi transfer xərclərinin 2016-cı illə müqayisədə 32,7 faiz artaraq 6,37 milyard dollar olduğunu açıqlayıb.

XəzərXəbər xəbər verir ki, ali futbol qurumunun "Qlobal transfer bazarı hesabatı”na görə, ötən il yanvarın 1-dən dekabrın 31-dək dünyanın bütün futbol klubları tərəfindən ümumilikdə 15 min 624 transfer reallaşıb. Bu, 2016-cı illə müqayisədə 6,8 faiz çoxdur.

Dünya üzrə ümumi transfer məbləğinin – 6,37 milyard dolların 67,4 faizi 13 ölkədəki 50 klubun payına düşür. Həmçinin 181 ölkədən 13 min 415 futbolçu çıxış etdiyi klubu yenisi ilə dəyişib.

Hesabat FIFA-ya üzv olan 211 milli federasiyanın tərkibindəki 7 min klubun təqdim etdiyi transfer siyahısı əsasında hazırlanıb. (Azərtac)

Xəbər lenti