Xəzər Xəbər

İbrahimoviçin karyerasında yeni səhifə

İdman | 16:12 • 31 Yanvar 2018
İbrahimoviçin karyerasında yeni səhifə

"Mançester Yunayted"in isveçli hücumçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los-Anceles Qalaksi" klubu ilə müqavilə bağlaması haqda xəbər yayılıb.

Bu barədə Fransanın "L Equipe" nəşri məlumat yayıb.

İddiaya görə, 36 yaşlı hücumçu bir neçə gün əvvəl müqaviləyə imza atıb. İbrahimoviç ya iyun ayında, yəni hazırkı klubu ilə olan müqavilə müddəti başa çatdıqdan sonra, ya da ABŞ-da yeni mövsüm başlayanda, yəni mart ayında ABŞ-a köçəcək.

Müqavilənin detalları və transfer hüququnun neçəyə başa gəlməsi haqqında hələ ki, məlumat verilmir.

Xəbər lenti