Xəzər Xəbər

"Qalatasaray" yaponiyalı futbolçunu TRANSFER ETDİ

İdman | 14:58 • 31 Yanvar 2018
"Qalatasaray" yaponiyalı futbolçunu

Qış transfer pəncərəsində heç bir transfer etməyən "Qalatasaray”ın sol cinahını gücləndirmək üçün cəhdləri xoşbəxt sonluqla bitib.

Sarı-qırmızılı klub İtaliyanın "İnter” klubundan yaponiyalı futbolçu Yuto Naqatomonu transfer edib.

Tərəflər mövsüm sonuna qədər razılıq əldə edib. 31 yaşlı futbolçu artıq bu gün İstanbula gəlib. "Qalatasaray”ın yapon futbolçu üçün italyanlara 1 milyon avro icarə haqqı ödədiyi bildirilib.

Xəbər lenti