Xəzər Xəbər

Klublar transferlərə 6,37 milyard dollar xərcləyiblər - FİFA

İdman | 10:46 • 31 Yanvar 2018
Klublar transferlərə 6,37 milyard dollar xərcləyiblər -

FIFA 2017-ci ildə futbol klublarının ümumi transfer xərclərinin 2016-cı illə müqayisədə 32,7 faiz artaraq 6,37 milyard dollar olduğunu açıqlayıb.

Xezerxeber.az FIFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumunun "Qlobal transfer bazarı hesabatı”na görə, ötən il yanvarın 1-dən dekabrın 31-dək dünyanın bütün futbol klubları tərəfindən ümumilikdə 15 min 624 transfer reallaşıb. Bu, 2016-cı illə müqayisədə 6,8 faiz çoxdur.


Dünya üzrə ümumi transfer məbləğinin – 6,37 milyard dolların 67,4 faizi 13 ölkədəki 50 klubun payına düşür. Həmçinin 181 ölkədən 13 min 415 futbolçu çıxış etdiyi klubu yenisi ilə dəyişib.


Hesabat FIFA-ya üzv olan 211 milli federasiyanın tərkibindəki 7 min klubun təqdim etdiyi transfer siyahısı əsasında hazırlanıb.

Xəbər lenti