Xəzər Xəbər

Leroy Sane 3 aylıq sıradan çıxdı

İdman | 17:41 • 30 Yanvar 2018
Leroy Sane 3 aylıq sıradan çıxdı

"Mançester Siti”nin futbolçusu Leroy Sane sıradan çıxıb.

Almaniyalı vinger İngiltərə Federasiya Kubokunun "Kardiff Siti”yə qarşı oyununda (2:0) zədələnib.

İngiltərə mətbuatının yaydığı məlumata görə, sol ayaq biləyindəki bağlarda zədə aşkarlanan Sane, ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 33 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə edib.

Xəbər lenti