Xəzər Xəbər

`Qarabağ` daha bir hücumçusu ilə yollarını ayırdı RƏSMİ

İdman | 16:18 • 30 Yanvar 2018
`Qarabağ` daha bir hücumçusu ilə yollarını ayırdı

Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib.

XəzərXəbər bildirir ki, bu barədə report-a Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Yunanıstan "Olimpiakos"unun istəyilə kollektivdən ayrılıb. E.Çelikel təcrübəli forvardın mövsümün ikinci yarısında "Qarabağ"da çıxış etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Tarik Elyunussini 2017-ci ilin yayında "Olimpiakos"dan 1 illik icarəyə götürüb. Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir.

Xəbər lenti