Xəzər Xəbər

"Liverpul" hücumçusunu icarəyə verdi

İdman | 16:07 • 30 Yanvar 2018
"Liverpul" hücumçusunu icarəyə verdi

"Liverpul" hücumçusu Daniel Starrici icarəyə göndərib.

İngiltərə millisinin üzvü karyerasını Premyer Liqanın digər təmsilçisi "Vest Bromviç"də davam etdirəcək. Son zamanlar "Liverpul"da əsas heyətə düşməkdə çətinlik çəkən 28 yaşlı futbolçu mövsümün sonuna qədər "Vest Bromviç"in uğurları üçün tər tökəcək.

Qeyd edək ki, Starric 2013-cü ildə "Çelsi"dən "Liverpul"a keçib.

Xəbər lenti