Xəzər Xəbər

“Fənərbaxça”nın baş məşqçisinə ŞOK SÖZLƏR: "Get, atlara məşqçilik et"

İdman | 15:45 • 30 Yanvar 2018
“Fənərbaxça”nın baş məşqçisinə ŞOK SÖZLƏR:

Türkiyədə futbol proqramlarından birinin şərhçisi Əbdülkərim Durmaz "Fənərbaxça” komandasının baş məşqçisi Aykut Kocamana dair kinayəli fikirlər səsləndirib.

Şərhçi Aykut Kocamana "gedib at məşqçisi olsun”, mesajını göndərib.

Əbdülkərim baş məşqçinin əslində futboldan başı çıxmadığını iddia edib:

"Futbol bəsitdir. Futbolu hər kəs bilir. Amma sən bilmirsən. Sən eyni mövqedə oynayıb, sıfır qol, sıfır məhsuldar ötürməsi olan birini, 5 qol 10 məhsuldar ötürməsi olan birinə dəyişirsən. Bunun başqa izahı yoxdur. Sənə bir məsləhət vermək istəyirəm. Qaçış məsafələri filan deyirsən ha, sən ağlını itirmisən. Bax, qardaşım, sən özünə bir futbol dünyası yaratmısan, ancaq elə bir dünya yoxdur! Qaçışlara belə maraqlısansa, get, Vəli Əfəndinin qaçış atlarına baş məşqçilik et”./publika.az

Xəbər lenti