Xəzər Xəbər

"Mançester Siti" transfer rekordunu qırdı

İdman | 14:20 • 30 Yanvar 2018
"Mançester Siti" transfer rekordunu qırdı

"Mançester Siti” İspaniya klubu "Atletik Bilbao”nun 23 yaşlı üzvü Emerik Laportu transfer edib.

İngilis klubu bu transfer qarşılığında 57 milyon avro ödəyib.

Beləliklə, E.Laport "Mançester Siti”nin ən bahalı futbolçusu olub. Premyer Liqa klubu bu mövsüm müdafiə xəttinin güclənməsinə toplam 190 milyon avro ayırıb.

Qeyd edək ki, "MS” daha öncə Kevin de Bryuneni 55 milyon avro qarşılığında heyətinə qatmışdı.

Xəbər lenti