Xəzər Xəbər

Vaqner Lav "Beşiktaş"da

İdman | 14:05 • 30 Yanvar 2018
Vaqner Lav "Beşiktaş"da

Braziliyalı futbolçu Vaqner Lav "Alanyaspor” klubundan "Beşiktaş”a transfer olub.

XəzərXəbər İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı hücumçu "Beşiktaş”la 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıb.

Transfer məbləğinin 3,7 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Vaqner Lav ötən mövsüm 28 oyunda 23 qol vurmaqla Türkiyə çempionatının bombardiri olub. Cari mövsümdə isə forvard çempionatda 14 maç keçirib və 10 dəfə fərqlənib.

Xəbər lenti