Xəzər Xəbər

Samuel Eto Türkiyədə klubunu dəyişir

İdman | 18:10 • 29 Yanvar 2018
Samuel Eto Türkiyədə klubunu dəyişir

"Antalyaspor" ulduz futbolçusu Samuel Eto ilə yolları ayırmaq üzrədir.

Kamerunlu forvard karyerasını Türkiyənin digər klubunda davam etdirəcək. 36 yaşlı hücumçu Super Liqa təmsilçisi "Konyaspor"la anlaşıb. Tərəflər arasında tezliklə 1,5 illik saziş bağlanacaq.

Qeyd edək ki, Eto "Antalyaspor"a 2015-ci ildə "Sampdoria"da keçmişdi. Kamerun millisinin sabiq üzvü "Real" Madrid, "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton" kimi klublarda çıxış edib.

Xəbər lenti