Xəzər Xəbər

"Neymar Messiyə görə PSJ-yə keçdi" Alves əsl SƏBƏBİ AÇDI

İdman | 18:08 • 29 Yanvar 2018
"Neymar Messiyə görə PSJ-yə keçdi"

Məşhur braziliyalı futbolçu Deni Alves ötən mövsüm "Barselona”dan PSJ-yə transfer edilən Neymar haqqında fifa.com saytına müsahibə verib.

Alves PSJ forması ilə 23 matçda 24 qol vurub, 16 məhsuldar ötürmə edən Neymarın bu komandaya keçid səbəblərini açıqlayıb.

O bildirib ki, Neymar Messinin kölgəsindən çıxmaq üçün "Barselona”nı tərk edib. Bu transfer onun dünyanın ən yaxşı futbolçusu olmasına təkan verib.

"Neymar dünyanın ən yaxşı futbolçusu olmağa hazırdırmı” sualına Alves belə cavab verib:

"Məncə, dünya futbolunun ən təsirli oyunçusu olaraq Neymar Messi ilə zirvəni bölüşür. Məsələ budur ki, Neymarın Messinin kölgəsindən çıxması lazım idi. Leo qədər bənzərsiz biri ilə birlikdə oynamaq başınıza gələ biləcək ən müdhiş, ən inanılmaz şeydir. Amma ağlınızda hər zaman "görəsən, həqiqətən, keyfiyyətliyəm, yoxsa, o keyfiyyət Messidənmi qaynaqlanır” şübhəsi olur. Messi ilə birlikdə oynamağı hər zaman sevdim. Ancaq o aregntinalıdır, mən və Neymar isə braziliyalı. Gec-tez qarşı-qarşıya gəlmək məcburiyyətindəyik. Məncə, onun kimi bir futbolçuya çox yaxın olmayanda uğura çatmaq şansı daha çox olur. Neymarın da "Barselona”dan getməsi həm onun karyerası, həm də Braziliya futbolu üçün önəmli idi”.

Xəbər lenti