Xəzər Xəbər

"Qarabağ" növbəti oyuna çıxır

İdman | 16:48 • 29 Yanvar 2018
"Qarabağ" növbəti oyuna çıxır

Qış təlim-məşq toplanışını Antalyada keçirən "Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi "Sarayevo” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, bu, "Qarabağ"ın 5-ci yoxlama oyunudur. Ağdam təmsilçisi daha əvvəl "Kuban"la (Rusiya) 2:2, "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə isə qolsuz bərabərliyə razılaşıb. Komandaməız Ukrayna təmsilçisi "Mariupol"a isə 2:3 hesabı ilə məğlub olub.

Xəbər lenti