Xəzər Xəbər

İbrahimoviç ABŞ yolunda

İdman | 16:41 • 29 Yanvar 2018
İbrahimoviç ABŞ yolunda

"Mançester Yunayted”in isveçli ulduzu Zlatan İbrahimoviç ABŞ-ın MLS liqası komandalarından olan "Los Anceles Qalaksi” komandasına transfer ediləcək.

Bu barədə ESPN nəşrində iddia yayımlanıb. İddiaya görə, İbrahimoviç də bu transferə müsbət baxır. O, ABŞ komandasına transfer edilərsə, 8 milyon dollar maaş alacaq və MLS-də çıxış edən futbolçular arasında ən çox qazanan oyunçu olacaq.

Bu mövsüm ağır zədə səbəbindən uzun müddət yaşıl meydançadan uzaq qalan 36 yaşlı futbolçu "Mançester Yunayted” forması ilə 5 matça çıxıb, 1 qola imza atıb.

Qeyd edək ki, isveçli futbolçunun ingilis klubu ilə müqaviləsi bu ilin yayında başa çatır./publika.az

Xəbər lenti