Xəzər Xəbər

“Barselona” klubu rekordunu təkrarlayıb

İdman | 11:52 • 29 Yanvar 2018
“Barselona” klubu rekordunu təkrarlayıb

"Barselona” futbol klubu La Liqanın 21-ci turunda "Alaves”i 2:1 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisi İspaniya La Liqasında məğlubiyyətsiz oyunlar seriyası üzrə rekordunu təkrarlayıb.

Xezerxeber.az məlumat verir ki, sonuncu dəfə "Barselona” 2009/2010-cu il mövsümündə 21 tur məğlub olmayıb. Kataloniyalılar bu oyunlardan 17-də qələbə qazanıb, 4-də isə heç-heçə ediblər. Cari mövsüm isə "Barselona”nın hesabında 18 qələbə var.

Hazırda İspaniya çempionatına 57 xalla "Barselona” başçılıq edir. Aktivində 46 xal olan "Atletiko” ikinci , "Valensiya” 40 xalla üçüncü, bir oyun az keçirən "Real” isə 38 xalla dördüncü sırada qərarlaşıb.

Xəbər lenti