Xəzər Xəbər

Rafael Ağayev finala yüksəlib

İdman | 14:23 • 27 Yanvar 2018
Rafael Ağayev finala yüksəlib

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev (75 kq) Parisdə "Karate -1 Premyer Liqa” turnirinin finalına yüksəlib.


Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC bildirilib ki, o, həlledici görüşədək beş rəqibini məğlub edib. R.Ağayevin İran milli komandasının üzvü Bəhmən Əsgəri ilə döyüşü günün ən baxımlı qarşılaşmasından biri olub. Hesabda iki dəfə geri düşən Rafael Ağayev qələbəni son saniyələrdə ustalığı nəticəsində qazanıb. Dünya şöhrətli karateçimizi finalda yaponiyalı Ken Nişimura ilə daha bir dramatik görüş gözləyir.


Milli komandanın digər titullu üzvü Niyazi Əliyev (67 kq) təsəlliverici görüşlərə qatılsa da, medal qazana bilməyib.


Bu gün medal uğrunda görüşlərin digər iştirakçıları məlum olacaq. Həlledici döyüşlər bazar gününə təyin edilib.


Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirində 81 ölkədən 756 idmançı mübarizə aparır.

Xəbər lenti