Xəzər Xəbər

Dünya kubokunun talismanları təqdim edilib

İdman | 11:56 • 27 Yanvar 2018
Dünya kubokunun talismanları təqdim edilib

2019-cu ildə Yaponiyada keçiriləcək reqbi üzrə Dünya kubokunun rəsmi talismanları ictimaiyyətə təqdim olunub.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, iki şir şəklində təsvir edilən talismanlar "Ren-Ci” adını alıblar.


Təşkilatçıların bildirdiyinə görə, ləyaqəti və intizamı özündə təcəssüm etdirən ağ şir Ren adlanıb. Ci adlı şir isə onun oğlu olaraq, özündə coşqunluq və hörməti əks etdirir.


Həmin fiqurlar əfsanəvi yapon heyvanlarının timsalında populyar Kabuki teatrının Rencişi personajları əsasında yaradılıblar.


Reqbi üzrə Dünya kubokunun icraçı direktoru Rob Aberneti ümidvar olduğunu bildirib ki, həmin talismanlar tədbir haqında xoş təəssürat yaradaraq, bütün Yaponiyada maraqla qarşılanacaq.

Xəbər lenti