Xəzər Xəbər

"Beşiktaş" "bomba"nı partlatdı: Super Liqanın bombardiri transfer olundu

İdman | 14:46 • 26 Yanvar 2018
"Beşiktaş" "bomba"nı partlatdı:

"Beşiktaş” "Alanyaspor”un formasını geyinən Vaqner Lavı transfer edib.


Bu barədə Türkiyə mediası məlumat yayıb.


Bildirilir ki, İstanbul təmsilçisi 34 yaşlı forvard üçün əvvəlki klubuna 3,2 milyon avro ödəyəcək. Braziliyalı hücumçu ilə 1,5 + 1 illik müqavilə bağlanılacaq. Onun illik maaşı isə 1 milyon 850 min avro təşkil edəcək.


Qeyd edək ki, "Beşiktaş” əsas hücumçusu Cenk Tosunu İngiltərənin "Everton” klubuna satdığı üçün Vaqner Lavı transfer edib. Braziliyalı hücumçu ötən mövsüm vurduğu 23 qolla Türkiyə Super Liqasının bombardiri olub. Cari çempionatda 10 dəfə fərqlənən forvard karyerası ərzində Braziliyanın "Palmeyras”, "Flamenqo”, "Korintians”, Rusiyanın MOİK, Fransanın "Monako” və Çinin "Şandun Lunen” klublarında çıxış edib.

Xəbər lenti