Xəzər Xəbər

"İnter" hücumçusunu icarəyə verdi

İdman | 14:40 • 26 Yanvar 2018
"İnter" hücumçusunu icarəyə verdi

İtaliyanın "İnter" klubunun futbolçusu Qabriel Barboza Avropada gözlənilənləri vermədi.

Mövsümün əvvəlində "Benfika"ya icarəyə verilən Braziliya millisinin üzvü ehtiyat oyunçular skamyasının daimi sakininə çevrildi. Portuqaliya klubuna da lazım olmayan gənc forvard Braziliyaya qayıdıb. "Qabiqol" ləqəbli futbolçu sabiq klubu "Santos"la müqavilə imzalayıb. O, yeni klubunda 6 aylıq icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "İnter" 21 yaşlı hücumçunu 2016-cı ildə "Santos"dan 29,5 milyon avroya transfer edib.

Xəbər lenti