Xəzər Xəbər

Mourinyo "Mançester Yunayted"lə müqaviləsini 2020-ci ilədək uzadıb

İdman | 12:33 • 26 Yanvar 2018
Mourinyo "Mançester Yunayted"lə müqaviləsini 2020-ci ilədək uzadıb

"Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyu bu klubla müqaviləsinin müddətini uzadıb.

XəzərXəbər  "Mançester Yunayted”in rəsmi saytına istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssislə yeni müqavilə müddətini daha bir il uzatmaq imkanı ilə 2020-ci ilədək nəzərdə tutulub.

J.Mourinyu "Mançester Yunayted”ə 2016-cı ilin yayında başçılıq edib. Onun rəhbərlik etdiyi debüt mövsümdə komanda ölkə çempionatında altıncı yeri tutmaqla bərabər, İngiltərə Liqasının Kubokunu udub, Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, cari mövsümdə "Mançestr Yunayted” 24 turdan sonra yalnız "Mançester Siti”dən 12 xal geri qalaraq, İngiltərə Premyer-Liqasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Xəbər lenti