Xəzər Xəbər

Tarixi görüş fürsəti: Şəhriyar Maqnusla görüşsünmü? Bu LİNKDƏN SƏS VERİN

İdman | 18:09 • 25 Yanvar 2018
Tarixi görüş fürsəti: Şəhriyar Maqnusla görüşsünmü?
Dünyaca məşhur chess.com saytı şahmatsevərlər arasında onlayn sorğu keçirir.

XəzərXəbər xəbər verir ki, sayt bu sorğunu istifadəçilərdən qrossmeyster Maqnus Carlsenlə dünya çempionluğu uğrunda yarışmağa ən şanslı namizədin kim olduğunu təyin etmək üçün təşkil edib.

Sorğuda Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən Şəhriyar Məmmədyarov da yer alıb. Hazırda təmsilçimizin 1130 nəfər səs verib. O, bu nəticə ilə 4-5-ci pillədə qərarlaşıb. İlk yerdə isə 6590 səslə Levon Aronian qərarlaşıb.

Təmsilçimizə səs vermək üçün feysbuk hesabınızdan aşağıdakı linkə daxil ola bilərsiniz:

www.chess.com/s…/who-will-win-the-2018-candidates-tournament

Qeyd edək ki, səsvermə mart ayına qədər davam edəcək.

Xəbər lenti