Xəzər Xəbər

“Borussiya” “Arsenal”dan 60 milyon avro tələb edir

İdman | 16:28 • 25 Yanvar 2018
“Borussiya” “Arsenal”dan 60 milyon avro tələb edir

"Arsenal” klubu forvard Pyer-Emerik Obameyanqın transferi barədə "Borussiya” ilə danışıqları davam etdirir.

Dortmundlular 60 milyon avro müqabilində 28 yaşlı forvarddan imtina etməyə hazırdırlar. Bir şərtlə ki, London klubu sövdələşməyə Olivye Jirunu da əlavə etsin.

"Arsenal” Obameyanqın transferi haqqında müqaviləni yanvarın 30-da İngiltərə Premyer-Liqasında "Suonsi” ilə oynanılacaq matça qədər imzalamağı planlaşdırır.

Daha əvvəl bildirilirdi ki, "Borussiya” forvardı "Arsenal”a 50 milyon funt sterlinqən çox məbləğə satmaqdan imtina edib.

Xəbər lenti