Xəzər Xəbər

"Arsenal" "Dinamo"nun futbolçusunu transfer edir

İdman | 15:17 • 25 Yanvar 2018
"Arsenal" "Dinamo"nun futbolçusunu transfer edir
"Dinamo"nun (Kiyev) və Macarıstan millisinin müdafiəçisi Tamaş Kadar karyerasını İngiltərədə davam etdirə bilər.


Məlumatı futbolçunun meneceri Şandor Varqa verib. 


"Bapry Spiler"ə danışan Varqa "Arsenal"ın baş məşqçisi ilə özüm danışmışam. Futbolçu Vengerin maraq dairəsindədir. Kadar haqqında "Kristal Pelas"ın çalışdırıcısı Xocson da maraqlanıb. 


"Vest Hem", "Vest Brombiç", həmçinin Almaniya, İspaniya və Fransa klubları da Tamaşın xidmətində maraqlıdır", deyə açıqlama verib.


Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm Ukrayna çempionatında 16 matçda meydana çıxıb.

Xəbər lenti