Xəzər Xəbər

Milətlər Liqası: Millimizin rəqiblər bəlli oldu

İdman | 15:33 • 24 Yanvar 2018
Milətlər Liqası:

Yanvarın 24-də UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi başlayıb.

İsveçrənin Lozanna şəhərində keçirilən mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

"D” liqasında mübarizə aparacaq Azərbaycan milli komandası püşkün nəticələrinə görə III qrupda yer alıb. Yığma komandamızın rəqibləri Farer Adaları, Malta və Kosovo milliləridir.

UEFA Millətlər Liqasında çıxış edəcək 55 milli komanda dörd divizionda mübarizə aparacaq. "A” və "B” liqalarının hər birinə 12, "C” liqasına 15, "D” liqasına isə 16 komanda daxil edilib.


Qeyd edək ki, UEFA 2020 Avropa çempionatı turnirin 60-cı ildönümü münasibətilə fərqli şəkildə təşkil ediləcək. Belə ki, əvvəlki Avropa çempionatlarından fərqli olaraq, bu dəfə turnirə birbaşa vəsiqə qazanan komanda olmayacaq. Hətta ev sahibi şəhərlərin təmsil etdiyi ölkələr final mərhələsinə vəsiqəni özləri qazanmalı olacaq.

Avropa çempionatına son 4 vəsiqənin sahibləri UEFA Millətlər Liqasından çıxmış 16 komanda arasında keçiriləcək pley-off qarşılaşmaları nəticəsində məlum olacaq.

24 komanda Avropanın müxtəlif 13 şəhərində, o cümlədən Bakıda keçiriləcək turnirdə iştirak edəcək.

Xəbər lenti