Xəzər Xəbər

"Beşiktaş" braziliyalı hücumçu üçün təklif göndərdi

İdman | 17:25 • 23 Yanvar 2018
"Beşiktaş" braziliyalı hücumçu üçün təklif göndərdi

Cenk Tosunu 22+6 milyon avro qarşılığında "Everton"a satan "Beşiktaş" boşluğu doldurmaq üçün çalışır.

İstanbul klubu Super Liqanın digər təmsilçisi "Alanyaspor"un forvardı Vaqner Lava göz dikib. Bu keçid üçün "Beşiktaş" qarşı tərəfə 3 milyon avro təklif edib. "Alanyaspor" isə bu təklifə tezliklə cavab verəcək. "Qartallar" bu keçid üçünMatey Mitroviç, Mustafa Pektemek və ya Araz Özbilizi də "Alanyaspor"a verməyə hazırdır.

Bundan əlavə, "Beşiktaş"ın hədəfində "Vest Hem"in hücumçusu Xavyer "Çiçarito" Hernandes də var.

Qeyd edək ki, 33 yaşlı Lav karyerasının ən parlaq illərini Moskvanın ÇSKA klubunda keçirib. Braziliya millisinin sabiq üzvü 2016-cı ildə "Monako"dan ayrılaraq "Alanyaspor"a keçib.

Xəbər lenti