Xəzər Xəbər

Zidan: "Neymar hamının xoşuna gəlir"

İdman | 16:57 • 23 Yanvar 2018
Zidan:

"Real"ın baş məşqçisi Zinəddin Zidan klubun transfer planlarında yer alan PSJ-nin hücumçusu Neymarla bağlı fikirlərini açıqlayıb.

Fransız mütəxəssis braziliyalı futbolçunu bəyənsə də, onun haqda çox danışmaq istəmədiyini bildirib:

"Mənə aid olmayan futbolçuları müzakirə etmirəm. Neymar hamının xoşuna gəlir. Çünki böyük futbolçudur. Hamısı bundan ibarətdir".

Qeyd edək ki, Neymarın adı bir müddətdir "Real"la birgə hallanır.

Xəbər lenti