Xəzər Xəbər

Aleksis Sançes İngiltərdə ən ödənişli futbolçudur

İdman | 16:01 • 23 Yanvar 2018
Aleksis Sançes İngiltərdə ən ödənişli futbolçudur

"Mançester Yunayted" klubunun yeni transferi Aleksis Sançes İngiltərə Premyer Liqasının ən ödənişli futbolçusu olub.

Çilili forvardın həftəlik maaşı 500 min funt sterlinq təşkil edəcək. Həmçinin 30 yaşlı futbolçu üçün 4 il müddətində 7,5 milyon funt sterlinq bonus nəzərdə tutulub.

Bunadən ən ödənişli futbolçu ünvanına "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba sahib idi. Fransa yığmasının üzvü həftəsinə 290 min funt sterlinq qazanır.

Qeyd edək ki, Aleksis Sançes 4,5 illik müqaviləyə imza atıb. "Mançester Yunayted" Çilidən olan hücumçunun əvəzinə Henrix Mxitaryanı London "Arsenal"ına verib./Report

Xəbər lenti