Xəzər Xəbər

İtaliyada transfer bombası partlayır

İdman | 15:39 • 23 Yanvar 2018
İtaliyada transfer bombası partlayır

Mario Balotelli İtaliyaya dönür. Ulduz futbolçunu "Yuventus" heyətinə qatmağa hazırlaşır.


"The Sun"un məlumatına görə, 2016-cı ildə "Liverpul"dan azad agent kimi ayrılan və "Nitsa"ya transfer olunan Balotelli meneceri vasitəsi ilə "Yuventus"a təklif olunub. Turin klubu müqaviləsi yayda bitəcək ulduz futbolçu ilə 5 illik müqavilə imzalamaq istəyir.


Qeyd edək ki, "İnter" 2006-cı ildə "Lumezzane"dən 360 min avroya aldığı Balotellini 4 il sonra "Mançester Siti"yə 29,5 milyona satıb. 2013-cü ildə "Milan" onu 20 milyon avroya alıb, bir il sonra "Liverpul"a eyni qiymətə satıb. Cari mövsümdə 24 rəsmi oyuna çıxan italiyalı ulduz 18 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər lenti