Xəzər Xəbər

"Barselona"dan "İnter"ə keçdi

İdman | 11:48 • 23 Yanvar 2018
"Barselona"dan "İnter"ə keçdi

İtaliya A Seriyasında mübarizə aparan "İnter" heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda "Barselona"dan Rafinya Alkantaranı heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi A Seriya klubunda icarə əsasında çıxış edəcək.

Braziliya millisinin üzvünün müqaviləsində yer alan bəndə görə, "İnter" onu 35 milyin avro qarşılığında birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Rafinya "Barselona"nın yetirməsidir.

Xəbər lenti