Xəzər Xəbər

"Barselona" və M.Y arasında transfer savaşı: 100 milyon...

İdman | 15:28 • 20 Yanvar 2018
"Barselona" və M.Y arasında transfer savaşı:
"Barselona"da Arda Turanın gedişindən sonra 7 nömrəli forma boşda qalıb. Bu formanın yeni transfer Filip Kountinyoya veriləcəyi gözlənilsə də, braziliyalı ulduz 14-ü seçib.


"Fox Argentina"nın iddiasına görə, "Barselona" Antoine Qrizmannı transfer edərək bu formanı ona verməyi planlaşdırır. Amma bu heç də asan olmayacaq. Çünki "Atletiko"nun fransız ulduzunu "Mançester Yunayted" də istəyir. Bu səbəbdən iki klub arasında transfer savaşının başlaması gözlənilir.


Qeyd edək ki, "Atletiko"nun Qrizmann üçün ən azı 100 milyon avro tələb etdiyi deyilir.


Fanat.Az

Xəbər lenti