Xəzər Xəbər

“Barselona”da növbəti ayrılıq

İdman | 15:06 • 20 Yanvar 2018
“Barselona”da növbəti ayrılıq

"Barselona” daha bir futbolçusunu komandadan göndərib.

Söhbət Rafinya Alkantaradan gedir.

25 yaşlı yarımmüdafiəçi icarə əsasında İtaliyanın "İnter” klubunda çıxış edəcək. Milan təmsilçisi icarə müddəti başa çatdıqdan sonra mövsümün sonunda Alkantranın xidmətində maraqlı olsa, 35 milyon avro ödəməklə onu transfer edə biləcək.

Qeyd edək ki, "Barselona”nın yetirməsi olan Alkantara 2011-ci ildən əsas komandada çıxış edir.

Xəbər lenti