Xəzər Xəbər

"Beşiktaş" sabiq futbolçusunu geri qaytarır

İdman | 11:26 • 20 Yanvar 2018
"Beşiktaş" sabiq futbolçusunu geri qaytarır

Cenk Tosunun gedişindən sonra "Beşiktaş" hücumçu axtarışlarını davam etdirir.

İstanbul klubu sabiq üzvü Demba Ba ilə də danışıqlara başlayıb. Artıq sözlə anlaşma baş tutub.

Karyerasını "Beşiktaş"da bitirmək istəyən futbolçunun tək şərti 2,5 illik müqavilədir. Hər mövsümə 2,5 milyon avra təklifinə Demba "hə" cavabı verib.

Qeyd edək ki, Demba Ba 2014/15 mövsümündə və 2017-ci ildə bu klubun formasını geyinib.

Xəbər lenti