Xəzər Xəbər

Obameyanq “Arsenal”a keçir - müqavilənin şərtləri razılaşdırıldı

İdman | 16:57 • 19 Yanvar 2018
Obameyanq “Arsenal”a keçir -

Dortmundun "Borussiya” komandasının hücumçusu Pyer Emerik Obameyanqın "Arsenal”a keçmək vaxtı yaxınlaşır.

28 yaşlı qabonlu futbolçu London futbol klubu ilə şəxsi müqavilənin şərtlərini 2021-ci ilin yayınadək razılaşdırıb. Sazişin daha bir mövsüm uzadılacağı ehtimalı mümkündür.

Obameyanqın "Arsenal”da qazancı vergiləri ödədikdən sonra ildə 10 milyon avro təşkil edəcək.

"Borussiya” oyunçusunu 60 milyon avroya buraxmağa razıdır, lakin transferi yay ayında həyata keçirmək istəyir. "Arsenal” razılaşmaya hücumçu Olivye Jirunu daxil edə bilər.

Xəbər lenti