Xəzər Xəbər

“Barselona” Pike ilə yeni müqavilə imzalayıb

İdman | 17:04 • 18 Yanvar 2018
“Barselona” Pike ilə yeni müqavilə imzalayıb

"Barselona” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Xerard Pike ilə yeni müqavilə imzalayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi 2022-ci ilin yayına kimi Kataloniya təmsilçisinin formasını geyinəcək.

Sözləşmədə Pikenin transfer qiyməti də göstərilib. Bu müddətdə onu heyətinə qatmaq istəyən klub "Barselona”ya 500 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, "Barsa”nın yetirməsi olan Xerard Pike 2008-ci ildən əsas komandanın üzvüdü.

Xəbər lenti