Xəzər Xəbər

“Mançester Yunayted”in çılğın Ronaldo PLANI

İdman | 15:21 • 18 Yanvar 2018
“Mançester Yunayted”in çılğın

İngiltərə Premyer Liqasının ən güclü təmsilçilərindən olan "Mançester Yunayted” keçmiş futbolçusu Kriştiano Ronaldonu yenidən transfer etmək niyyətindədir.

Klub bu məqsədlə 200 milyon avroluq bir büdcə də ayırıb.

İngiltərə mediası Xose Mourinyo komandasının "Ronaldonun qayıdışı” üçün mövsümün sonunda "Real Madrid”ə rəsmi müraciət göndərəcəyini iddia edir. Klub bununla kifayətlənməyərək Ronaldoya "Real”dan ayrılması üçün təzyiq göstərir.

Qeyd edək ki, ötən mövsümün əvvəlindən bəri Ronaldonun "Real”da xoşbəxt olmadığı, Messinin aldığı maaşın miqdarının onu narahat etdiyi bildirilir./publika.az

Xəbər lenti