Xəzər Xəbər

Bacısından Ronaldoya təsirli məktub: "Sən gözyaşları içində..."

İdman | 18:16 • 17 Yanvar 2018
Bacısından Ronaldoya təsirli məktub:
Portuqaliya millisinin və "Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun bacısı, müğənni Katey Aveyru qardaşına sosial şəbəkə vasitəsilə açıq məktub yazıb. O bu məktublason dövrlər tənqid hədəfinə çevirilən qardaşına dəstək olub:


"12 yaşında gözyaşları içində və böyük ümidlərlə Lissabona gələndə onlar deyirdilər ki, sən sadəcə, Madeyradan olan növbəti gəncsən. 5 ildən daha qısa vaxt ərzində sən artıq "Sportinq”in əsas komandasında oynayırdın.


Sən böyüklərlə ilk matçlarını keçirəndə onlar deyirdilər ki, sən sadəcə növbəti texniki oyunçusan. Bir neçə ay sonra sən "Mançester Yunayted”lə müqavilə imzaladın.


Sən İngiltərəyə gələndə, onlar deyirdilər ki, sənin potensialın var, amma itib-batacaqsan. 6 mövsüm ərzində sən 118 qol vurdun.


"Real”a transfer olunanda onlar deyirdilər ki, səni futbolkaları satmaq üçün adına görə alıblar. Lakin 2009-cu ildən indiyədək 418 matçda 422 qol vurmusan və demək olar ki, bütün rekordları qırmısan.


Sən 2008-ci ildə ilk "Qızıl top”unu qazananda onlar deyirdilər ki, bununla da hər şey başa çatdı. Lakin sən bu makafata daha 4 dəfə layiq görüldün.


Sən yığmanın kapitanı olanda onlar deyirdilər ki, sən sadəcə xarizması və liderlik ruhu olmayan növbəti kapitansan. 2016-cı ildə sən Avropa çempionu oldun.


İndi sənin son 2-3 matçda yadplanetli kimi ard-arda qol vurmadığın bir vaxtda onlar deyirlər ki, sən sadəcə karyerasının qürubunda olan növbəti yaşı çox oyunçusan. Guya sən artıq hər şeyi başa vurmusan, oyundan çıxmısan.


Narahat olma. Eyfel qülləsinin başında əlində kubokla gülümsünəndə, növbəti həlledici qolu vuranda və ya növbəti rekordu qıranda, onlar sənə diqqətlə baxacaq və alqışlayacaqlar.


Yazıq insanlar. Bu onlara qalan tək şeydir”.


Fanat.Az

Xəbər lenti