Xəzər Xəbər

UEFA Superkuboku üçün 9 namizəd

İdman | 17:58 • 16 Yanvar 2018
UEFA Superkuboku üçün 9 namizəd

2020-ci ildə keçiriləcək UEFA Supekubokuna ev sahibliyi etmək istəyən ölkələrin siyahısı açıqlanıb.

XəzərXəbər UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 9 namizəd yer alıb. Bunlar Albaniya ("Milli Arena”, Tirana), Belarus ("Dinamo", Minsk), İsrail ("Sammi Ofer, Hayfa), Qazaxıstan (Mərkəzi stadion, Almatı), Moldova ("Zimbru”, Kişinyov), Portuqaliya ("Draqau", Portu), Şimali İrlandiya ("Vindzor Park", Belfast), Finlandiya (Olimpiya stadionu, Helsinki) və Fransadır ("Qrand Stad", Nitsa).

Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidilər. Qalibin adı mayda açıqlanacaq.

Xəbər lenti