Xəzər Xəbər

Messi Herd Müllerin rekordunu təzələdi

İdman | 17:52 • 16 Yanvar 2018
Messi Herd Müllerin rekordunu təzələdi

Kataloniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi Avropa top-liqasında (İspaniya, İngiltərə, Almaniya və Fransa) eyni klubda vurulan qolların sayına görə "Bavariya”nın hücumçusu Herd Müllerin rekordunu təzələyib. Argentinalı İspaniya çempionatının 19-cu turunda "Real Sosyedad”la səfərdə keçirilən matçda (4:2) qol vurub. Beləliklə, onun İspaniya birinciliyində keçirdiyi 401 matçda vurduğu qolların sayı 366 olub. 1964-cü ildən 1979-cu ilədək "Bavariya”nın idman şərəfini qoruyan Müller isə Almaniya çempionatında keçirdiyi 427 matçda 365 qol vurub. 

Messi "Barselona”da 2004-cü ildən oynayır və bu vaxt ərzində o, səkkiz dəfə İspaniya çempionu, beş dəfə İspaniya kubokunun sahibi və dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 2017-ci il noyabrın 25-də "Barselona” Messi ilə kontraktın 2021-ci ilədək uzadıldığını elan edib və kontraktda futbolçunun sərbəst qalmaq qiyməti 700 milyon avro təyin edilib.

(AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar