Xəzər Xəbər

Neymarın "Real"a keçmək üçün şərti İspaniyaya ŞOK YAŞATDI - Perez fikirləşir

İdman | 15:15 • 12 Yanvar 2018
Neymarın "Real"a keçmək üçün şərti

İspaniyaNeymarın "Real Madrid"ə transfer olmaqüçün tələb etdiyi şərtlərin şokunu yaşayır.

"Don Balon" jurnalının Neymar iddiası doğrudursa, "Real Madrid"də böyük qalmaqalın yaşanacağı qaçılmaz kimi görünür.

Səbəb Neymarın İspaniya nəhənginin rəhbərliyinə verdiyi "komandadan getməli futbolçular" siyahısıdır.

Qeyd edək ki, "Barselona"dan "PSJ"-yə222 milyon avroya transfer olan Neymarın Fransaklubunda məmnunolmadığı vəİspaniyaya qayıtmaq istədiyi iddiaları ortaya atılmşdı.

"Don Balon" jurnalı bu iddialara yenisini əlavə edib:

Xəbərə görə,"Real Madrid" prezidenti Florentino Perezin komandasında görmək istədiyi Neymar "Madridlilər"in qarşısınaşokedəcək bir tələb qoyub.

Messinin kölgəsində qaldığı üçün "Barselona"dan ayrılan braziliyalı futbolçu eyni problemi "Real Madrid"də dəyaşamaqistəmədiyi üçün klub prezidenti Perezdən KristianuRonalduvə Qaret Beylinsatılmasını istədiyi iddia edilir.

Neymarın tələbləri bununla da bitmir. Ulduz futbolçu Zinəddin Zidanın daklubdan göndərilməyini istəyir.

Xəbərdə Neymarın transfer üçün bunları şərt qoyduğu, Perezin isəqərar vermək üçün düşündüyü bildirilir.


Xəbər lenti

Çox oxunanlar