Xəzər Xəbər

Arda Turan Türkiyəyə dönür

İdman | 14:52 • 12 Yanvar 2018
Arda Turan Türkiyəyə dönür

"Barselona" Arda Turanla yolları ayırmağa hazırlaşır.

Türkiyə millisinin üzvü karyerasını ölkəsində davam etdirə bilər. 30 yaşlı yarımmüdafiəçinin xidmətində "Başakşəhər" klubu maraqlıdır. Bu barədə açıqlamasında futbolçunun agenti Ahmet Bulut bildirib:

"Biz onsuz da "Başakşəhər"ə müsbət cavab vermişik. Arda da "Başakşəhər"ə gəlməyə razıdır. "Barselona"nın qərarını gözləyirik. 99 faiz razılaşacaqlar. Sadəcə, kiçik məsələlər qalıb".

"Başakşəhər" rəsmiləri Ardanı Kataloniya klubundan icarəyə götürmək üçün bu gün növbəti görüş keçirəcəklər.

Qeyd edək ki, Arda Turan bu mövsüm "Barselona"da forma şansı qazanmayıb. Arda 2011-ci ildə "Atletiko"ya, 2015-ci ildə isə "Barselona"ya transfer olmuşdu.

Xəbər lenti