Xəzər Xəbər

Dünyanın ən qoca professional futbolçusundan növbəti rekord

İdman | 12:35 • 12 Yanvar 2018
Dünyanın ən qoca professional futbolçusundan növbəti rekord

Yaponiya milli komandasının keçmiş forvardı Kazuyoşi (Kazu) Miura rekordlarla dolu kayerasına yeni bir rekord əlavə edib.

Futbolçu gələn ay 51 yaşına qədəm basacağına rəğmən, "Yokohama FC” ilə müqavilə müddətini 1 il də uzadıb.

Karyerasının 33-cü ilini yaşayan və dünyada bütün professional liqalarda top qovan bir futbolçu olan Kazu bir idmançı kimi hər zaman özünü inkişaf etdirəcəyini bildirib.

1967-ci ildə Yaponiyada doğulan Kazu ölkəsində futbol inkişaf etmədiyi üçün 1982-ci ildə Braziliyaya üz tutub. 1986-cı ildə bir Braziliya komandasının diqqətini çəkib və ilk imzasını "Santos” komandasının müqaviləsinə atıb. Eyni ildə "Palmeras”a transfer edilib və komandanın ən dəyərli futbolçusuna çevrilib.

1999-cu ildə "Dinamo Zaqreb”in Xorvatiya çempionu olmasında önəmli rol oynayan Kazu 2005-ci ildə "Yokohama FC”yə transfer edilib və bu komandanın formasını 200-dən çox matçda tərlədib. Karyerası ərzində 139 qol vurub.

Xəbər lenti