Xəzər Xəbər

“Liverpul” müqavilə bağladığı futbolçunu gətirmək üçün sərvət ödəməlidir

İdman | 15:59 • 11 Yanvar 2018
“Liverpul” müqavilə bağladığı futbolçunu gətirmək üçün

"Liverpul" klubu "RB Leypsiq”in dünya şöhrətli yarımmüdafiəçisi Nabi Keytanı müqavilədə qeyd olunmuş vaxtdan əvvəl heyətinə qata bilər.

İngilislər bunun üçün 13 milyon funt-sterlinq ödəməlidir.

Almaniyanın "Bild” qəzetinin məlumatına görə, "Liverpul” müqavilədə qeyd edilən 50 milyon funt-sterlinqdən əlavə 13 milyonu da ödəsə, Nabi Keyta 1 iyun tarixindən daha tez Premiyer Liqaya keçid edə bilər.

Qeyd edək ki, "Liverpul" keçən ilin avqust ayında Nabi Keytanı heyətinə qatmaq üçün "RB Leypsiq"lə 50 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb.

Xəbər lenti