Superliqa komandalarından olan "Trabzonspor” İtaliyanın "Milan” klubuna rəsmi müraciət yollayıb.
"Trabzonspor” komandada çıxış edəndən bəri performansı müzakirə mövzusu olan və müqaviləsinin bitmə tarixinə görə göndərilib-göndərilməyəcəyi bilinməyən argentinalı oyunçu Xose Sosanın transfer hüququnu almaq niyyətindədir.
Klub rəhbərliyi 6 aylıq müddətə icarəyə götürdüyü futbolçu üçün lazımi ödənişləri etməyə hazırlaşır.
Superliqa komandası "Milan”a 1 milyon 350 min avro icarə haqqı ilə yanaşı, 3 milyon 400 min avro transfer haqqı ödəyəcək./Publika.az